Rinoplastika burnun formasını dəyişdirmək, travma nəticəsində yaranan burun deformasiyalarını düzəltmək, burundakı anadangəlmə qüsuru düzəltmək və ya nəfəs almağı yaxşılaşdırmaq üçün edilən cərrahi əməliyyatdır. Bəzi hallarda rinoplastikanın səbəbi həm tənəffüs çətinliyi, həm də estetik keyfiyyətlər ola bilər.
Rinoplastika Əməliyyatı Necə Aparılır?
Rinoplastika əməliyyatında burunun sümük, qığırdaq strukturları və dəri toxumasına toxunulur. Həkimlər hər bir xəstə üçün şəxsin üz xüsusiyyətlərini, dəri tipini və xəstənin istəyini nəzərə alaraq fərdi burun korreksiyası planı hazırlayır.
Rinoplastikaya Hazırlıq
Rinoplastika planının ilkin mərhələsi müayinədir, ondan sonra əməliyyatın effektli olub-olmayacağı müəyyənləşir. Əməliyyatdan öncə ən vacib şərt xəstənin ruh halı və əməliyyat üçün hədəfləridir. Bu mərhələdə arzu olunan nəticələrə nail olmaq üçün ən vacib məsələ istək və məqsədlərin tamamilə dürüst ifadəsidir. Müayinə zamanı cərrah rinoplastika üçün namizədə əməliyyatla nəyə nail ola biləcəyini izah edir.
Rinoplastika Sonrası
Əməliyyatdan sonra daxili silikon splintlər yeddi günə qədər qalır. Cərrah həmçinin qoruma və dəstək üçün burnun kənarına splint və ya sarğı qoya bilər. Əməliyyatdan sonra qanaxmanın və şiddətli şişkinliyin qarşısını almaq üçün yüksək yastıqda üzü yuxarı yatmaq lazımdır.
Fibo Health Türkiyənin nüfuzlu xəstəxanalarında, öz sahəsində ən məşhur professional həkimlərlə pulsuz online – müayinələr və müasir müalicə üsulları təklif edir.
Biz bütün proses boyunca ilk tanışlığımızdan başlayaraq müalicənizin sonuna qədər və Türkiyədə olduğunuz müddətcə sizinlə əlaqədar olacağıq. Türkiyəyə gəlişinizdən öncə bizə xəstəliyinizə aid olan test və müayinələrinizin nəticələrini göndərirsiniz, biz də sizə fərdi müalicə planınızı, həmçinin proses, ödəmə, xəstəxana və s. haqqında ətraflı məlumatı təqdim edirik.
Qeyd edilən proseduralar əməkdaşlıq müqavilələrimizin olduğu xəstəxanalarda həyata keçirilir.