Piylənmə kimi çəki problemi olmayan, lakin müxtəlif arıqlama üsulları ilə xilas ola bilmədiyi yağları olan insanlar üçün liposaksiya ən gözəl həll yoludur. Piylərin cərrahi yolla çıxarılması olan liposaksiya son illərdə ən çox edilən estetik əməliyyatlardan biridir. Bud, qarın, bel, qollar, boyun kimi bədən hissələrində həddindən artıq lokallaşmış piyləri çıxarmaq üçün təsirli bir üsuldur.
Liposaksiya Nədir?
Bədənin liposaksiyası adətən 2-3 mm diametrli nazik və uzun kanulalar vasitəsilə 1-2 mm-lik kəsiklərdən girərək müxtəlif üsullarla yağ toxumasının vakumlanması və çıxarılması yolu ilə həyata keçirilir.
Hər hansı bir cərrahi əməliyyatda olduğu kimi, bu prosedurdan əvvəl də mütəxəssis həkimin rəyi tələb olunur. Liposaksiyaya arıqlama üsulu kimi baxılmamalıdır, sadəcə olaraq artıq piyləri çıxaran və bədən konturlarını düzəldən bir üsuldur. Əgər lokallaşmış piy yataqlarından başqa artıq çəki ilə bağlı probleminiz varsa, əvvəlcə nəzarət edilən pəhriz və məşq proqramına yazılmaqla arıqlamaq, sonra lazım olduqda liposaksiya üçün həkiminizə müraciət etmək daha məqsədəuyğun ola bilər.
Bədən Liposaksiyası Kimlərə Tətbiq Olunur?
Ürək xəstəliyi, şəkərli diabet və s kimi xroniki xəstəlikləri olan xəstələr ilk növbədə həkimləri ilə məsləhətləşməlidirlər, çünki bütün kroniki xəstəlikləri olan xəstələrə liposaksiya uyğun deyil. Həmçinin hamiləlik zamanı və doğuşdan sonra da liposaksiya tətbiq edilmir. Yaş bu əməliyyata mane olmasa da, bəzi yaşlı xəstələrdə yaşa bağlı dəri elastikliyini itirdiyi üçün icra edilə bilməz.
Fibo Health Türkiyənin nüfuzlu xəstəxanalarında, öz sahəsində ən məşhur professional həkimlərlə pulsuz online – müayinələr və müasir müalicə üsulları təklif edir.
Biz bütün proses boyunca ilk tanışlığımızdan başlayaraq müalicənizin sonuna qədər və Türkiyədə olduğunuz müddətcə sizinlə əlaqədar olacağıq. Türkiyəyə gəlişinizdən öncə bizə xəstəliyinizə aid olan test və müayinələrinizin nəticələrini göndərirsiniz, biz də sizə fərdi müalicə planınızı, həmçinin proses, ödəmə, xəstəxana və s. haqqında ətraflı məlumatı təqdim edirik.
Qeyd edilən proseduralar əməkdaşlıq müqavilələrimizin olduğu xəstəxanalarda həyata keçirilir.