Blefaroplastika (göz qapağı plastikası) – cərrah tərəfindən sallanan dərinin və artıq olan əzələ toxumasının alınması, eyni zamanda alt və üst göz qapağına tətbiq edilən göz atrafındakı toxumaların dartılması üçün həyata keçirilən cərrahi proseduradır. Türkiyədə mütəxəssis cərrahlarımızın çoxu bu sahədə xidmət göstərirlər.
Niyə Məhz Blefaroplastika?
Blefaroplastika əməliyyatının əsas səbəbi yaşlanma nəticəsində göz qapağı dərisinin düşməsi və sallanmasıdır. Dərinin quruluşu elastikdir, lakin yaşla onun elastikliyi tədricən azalır. Üzün dərisi elastikliyini itirdiyində artıq olan dəri əvvəlcə göz qapaqlarında yığılır, ona görə də ilk yaşlanma əlamətləri göz qapaqlarında görünür. Göz qapaqlarında yaşa bağlı dəyişikliklər insanın yorğun və halsız görünməsinə səbəb olur.
Bu Əməliyyatı Kimlər Olmalıdır?
Göz qapaqlarında həddindən artıq dərinin olması üst göz qapağının sallanmasına səbəb olur və bu problemi blefaroplastika ilə həll etmək olar. Bəzən göz qapağıgörmə qabiliyyətinə mane olacaq qədər çox düşmüş olur, bu halda cərrahi müdaxilə lazım olur. Bəzən göz qapaqlarının sallanması qaşların və alının aşağı düşməsi ilə müşayiət olunur.
Estetik və ya funksional səbəblərdən blefaroplastika əməliyyatı keçirmək istəyənlər üçün ehtiyaca görə həm üst göz qapağına, həm də alt göz qapağına və ya ikisinə də eyni vaxtda müdaxilə edilə bilər. Adətən bu əməliyyatqaş asma, alın və orta üz gərmə ilə birlikdə həyata keçirilir.
Blefaroplastika Kimlərə Uyğundur
Göz qapaqlarında qocalma əlamətləri daha çox 35 yaşından sonra görülməyə başladığı üçün blefaroplastika əməliyyatı əsasən bu yaşdan yuxarı şəxslərə edilir, lakin əməliyyat üçün yaş məhdudiyyəti yoxdur və 18 yaşından yuxarı tibbi ehtiyacı olan hər kəs əməliyyat ola bilər. Bu əməliyyat göz qapaqlarının qocalmasını dayandıra bilməz, ona görə əməliyyatın nəticəsi 7-8 il davam edir. Əməliyyatdan sonra insanın üzündəki yorğun ifadə yerinə canlı və gənc görünüş əldə edilir.
Göz Qapaqlarının Qocalmasının Əlamətləri
Əməliyyat üçün əlamətlər:
Göz altı torbalar və rəng dəyişikliyi
Düşmüş üst göz qapağı
Qırışıqlıq və göz qapaqlarının dərisinin sallanması
Göz kənarlarında qaz ayaqları xətti
Üzün yorğun ifadəsi
Fibo Health Türkiyənin nüfuzlu xəstəxanalarında, öz sahəsində ən məşhur professional həkimlərlə pulsuz online – müayinələr və müasir müalicə üsulları təklif edir.
Biz bütün proses boyunca ilk tanışlığımızdan başlayaraq müalicənizin sonuna qədər və Türkiyədə olduğunuz müddətcə sizinlə əlaqədar olacağıq. Türkiyəyə gəlişinizdən öncə bizə xəstəliyinizə aid olan test və müayinələrinizin nəticələrini göndərirsiniz, biz də sizə fərdi müalicə planınızı, həmçinin proses, ödəmə, xəstəxana və s. haqqında ətraflı məlumatı təqdim edirik.
Qeyd edilən proseduralar əməkdaşlıq müqavilələrimizin olduğu xəstəxanalarda həyata keçirilir.