Covid-19 virusundan qorunmaq üçün ilk növbədə sağlamlığınıza nəzarət etməlisiniz. Ən son həkimə nə zaman müraciət etmisiniz? Özünü necə hiss edirsiniz? Koronaviruslu biri ilə əlaqədə olmusunuz? Səyahət etmədən öncə tibbi testlərinizi yoxlamağı unutmayın. Bu həm sizin, həm də ətrafınızdakılar üçün çox vacibdir.
Siz səyahətə çıxmaq qərarına gəldiniz amma hər şey hazırdırmı? Səyahətinizin təfərrüatlarını ən etibarlı şəkildə hazırlamaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Birlikdə proqramı hazırlayaq və transferdən tutmuş uçuşunuza qədər, uçuş məlumatınızdan viza proseduralarına qədər bütün detalları planlaşdıraq.
Təbii ki, səfər zamanı çəkəcəyiniz xərcləri də nəzərə almalısınız. Xərclərinizi planlaşdırmağı və Türkiyədə istifadə edə biləcəyiniz debet kartı əldə etməyi unutmayın.
Hər şeyə hazır olduğunuza inanırsınızsa, əla! Bundan sonra son addım qalır. Səyahətə başlamadan əvvəl müalicədən sonra ziyarət etmək istədiyiniz yerlərə qərar verin.