Bildiyiniz kimi, Türkiyədə çox gözəl görməli yerlər var.
Təbii ki, buraya gələn turistlər buradan gördükləri və kəşf etdikləri yerlərin həyəcanıyla qayıdırlar. Turistləri Türkiyəyə cəlb edən digər əsas məqam isə “Sağlıq Turizmi” dir. Sağlıq turizmi sektorunda Türkiyənin sağlam kökləri var və öz mütəxəssis həkimləri və xəstəxanaları ilə öz vətəndaşları qədər başqa ölkələrdən gələn ziyarətçilərə də xidmət göstərir, dünyanın səhiyyə bazarında 2023-cü ildə 20 milyard dolları hədəfləyir.
Türkiyəyə hər il dünyanın hər yerindən minlərcə insan gəlir
Xəstəliklərin müalicəsi və estetik əməliyyatlar üzrə ən çox İstanbul və Antalya şəhərlərinə üstünlük verilir. Bu şəhərlər hər il on minlərcə turist qəbul edir. Həmçinin son zamanlarda sağlıq turizmi üzrə dəyər qazanan Ankara, İzmir, Bursa, Muğla və Aydını da qeyd etməmək olmaz. Türkiyə aşağıda qeyd edilən tibbi xitmətləri göstərir:
oftalmologiya, ortopediya və travmatologiya, daxili xəstəliklər, otolarinqologiya, ginekologiya, ümumi cərrahiyyə, ağız boşluğu və üz-çənə nahiyəsinin xəstəlikləri, beyin və sinir cərrahiyyəsi, dəri-zöhrəvi xəstəlikləri, uşaq sağlamlığı və xəstəlikləri və s. Eyni zamanda unutmamalıyıq ki, Türkiyə estetik əməliyyatlar, plastik cərrahiyyə, saç əkimi və stomatologiya üçün də çox ziyarət edilir.
Sizcə Türkiyənin sağlamlıq turizmində önə çıxmasının səbəbi nədir? İlk səbəbi, Türkiyədə tibbi xidmətlərin keyfiyyəti dünya səviyyəsində göstərilir. Türkiyədə öz sahəsində çox sayda mütəxəssis həkim var və onlar sizin tələblərinizi və istəklərinizi böyük həvəslə yerinə yetirirlər. Türkiyədə müalicə qiymət və əlçatanlıq baxımından çox sərfəlidir. Üstəlik sağlamlıq turizmi baxımından xəstələrə sürətli xidmət göstərilir, başqa sözlə gözləmə müddəti çox qısadır. Bundan əlavə Türkiyənin yerləşmə baxımından çox üstünlüyü var, dünyanın bir çox ölkəsindən Türkiyəyə bir neçə saata çata bilərsiniz.
Əsas əhəmiyyətli məqamlardan biri də odur ki, Avropa və digər inkişaf etmiş Qərb ölkələrində tibbi xidmətlərin qiymətlərinin yüksək olması səbəbindən səhhət problemi yaşayan təqaüdçülər təqaüdə çıxdıqdan sonra həyatlarına davam etmək üçün Türkiyəyə üstünlük verirlər. Avropa ölkələri ilə müqayisədə Türkiyəni sağlamlıq turizmi və beynəlxalq təqaüd üçün daha cəlbedici edən tək səbəb aşağı maaşlar deyil. Türkiyə dünya səviyyəli tibbi xidmətlər və çox rəqabətli qiymətlər təklif edir. Bu və buna bənzər səbəblərdən demək olar ki, Türkiyədə böyük tələbat olan və diqqət çəkən, eyni zamanda xəstələrinə zəmanət verən bir səhiyyə sistemi var.