- +90 543 159 50 50
- 24/7 call center
- info@fibohealth.com
- Ana Səhifə
- Haqqımızda
- Müalicələr
Qeyd edilən proseduralar əməkdaşlıq müqavilələrimizin olduğu xəstəxanalarda həyata keçirilir.
- Bələdçi
- Xidmətlər
- Xəstəxanalar
- Əlaqə
Qeyd edilən proseduralar əməkdaşlıq müqavilələrimizin olduğu xəstəxanalarda həyata keçirilir.
Yaşa bağlı dəyişikliklər ilk öncə insanın üzündə əks olunur. Ona görə müəyyən yaşdan sonra üzdəki dəri sallanmalarının bərpa edilməsi üçün üzgərmə əməliyyatına üstünlük verilir. Bu əməliyyat üçün heç bir yaş məhdudiyyəti yoxdur. Əməliyyat öncəsi vacib olan şərtlərdən biri də həkimin ətraflı müayinəsidir. Piylənmə ilə mübarizə əməliyyatından sonra (mədə bypass, qol qastroplastikası və s.) xəstələr çox ciddi şəkildə arıqlayırlar, dəri də elastikliyini itirir və sallanır. Bu səbəbdən insanlar üzgərmə üzrə mütəxəssislərə müraciət edirlər.
Günümüzdə kosmetik qeyri-invaziv üzgərmə üçün bir çox prosedur var, lakin onların heç biri üzgərmə əməliyyatı qədər uzunmüddətli və effektiv deyildir.
Əgər bir şəxs üzü üçün zərurətdən və yaxud estetik cəhətdən narazı olduğu üçün müraciət edirsə, mütəxəssis-həkim tərəfindən müayinə edildikdən sonra üzgərmə əməliyyatı ilə dərinin elastikliyini itirməsi və sallanması kimi problemlərin ortadan qaldırılması çox da çətin deyil. Texnologiyaların inkişafı ilə əməliyyat və əməliyyat sonrası proses artıq sürətlənib və asanlaşıb. Əməliyyatı planlarkən ilk əvvəl xəstənin üzünün yaşlanması necə baş verir, harda və hansı istiqamətdə üzdə deformasiya əmələ gəlir bunlar müəyyən edilir.
Üzü gərmək üçün istifadə edilən plastır və digər qeyri-invaziv kosmetik üsullardan fərqli olaraq, bu əməliyyat peşəkar şəkildə yerinə yetirildiyində effekti mütləq daha uzun davam edir. Bir qayda olaraq, əməliyyatın nəticəsi təxminən 10 il davam edir, lakin başa düşmək lazımdır ki, əməliyyatın nəticəsinin müddəti genetik meyl, həyat tərzi və çəki dəyişiklikləri kimi bir çox amillərdən asılıdır.
Fibo Health Türkiyənin nüfuzlu xəstəxanalarında, öz sahəsində ən məşhur professional həkimlərlə pulsuz online – müayinələr və müasir müalicə üsulları təklif edir.
Biz bütün proses boyunca ilk tanışlığımızdan başlayaraq müalicənizin sonuna qədər və Türkiyədə olduğunuz müddətcə sizinlə əlaqədar olacağıq. Türkiyəyə gəlişinizdən öncə bizə xəstəliyinizə aid olan test və müayinələrinizin nəticələrini göndərirsiniz, biz də sizə fərdi müalicə planınızı, həmçinin proses, ödəmə, xəstəxana və s. haqqında ətraflı məlumatı təqdim edirik.
Qeyd edilən proseduralar əməkdaşlıq müqavilələrimizin olduğu xəstəxanalarda həyata keçirilir.
Konaklar Mah. Gökkuşağı Sok.
No:21 Beşiktaş / İSTANBUL
info@fibohealth.com
+90 212 264 00 69
+90 543 159 50 50
Bu web-saytın məzmunu yalnız məlumat məqsədi daşıyır və əsl həkim müayinəsini əvəz etmir.